Image

“Neftçi” PFK-nın qızlardan ibarət komandası Yüksək Qızlar Liqasında Çempion oldu

"Neftçi" PFK-nın qızlardan ibarət komandası Yüksək Qızlar Liqasında bu mövsüm sonuncu oyununu keçirib.

Oxu.Az xəbər verir ki , baş məşqçisi Siyasət Əsgərov olan komandamız 18-ci turda "İnter" (Xaçmaz) klubu ilə qarşılaşıb. "Neftçi" Futbol Mərkəzində baş tutan görüşdə 14:0 hesabı ilə qalib gələn "ağ-qaralar" ölkə çempionu olublar.

Beləliklə, qadınlar arasında keçirilən UEFA Çempionlar Liqasında iştirak etmək hüququ qazanan "Neftçi" bununla da Azərbaycan futbolu tarixində daha bir ilkə imza atıb.

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti