Image

Suriyada iki avtobus toqquşub, 35 nəfər ölüb, 30 nəfər yaralanıb

Suriyada Dəməşq-Deyr əz-Zor yolunda iki sərnişin avtobusunun toqquşması nəticəsində 35 nəfər ölüb, 30 nəfər yaralanıb.

"TRT Haber" xəbər verir ki,bu barədə Suriyanın Səhiyyə Nazirliyindən bildirilib.

Məlumata görə, hadisə Dəməşq-Deyr əz-Zor yolu üzərində, Suxnə və Palmira bölgələri arasında baş verib.

Yaralılar ətrafdakı xəstəxanalara yerləşdirilib.

Mənbə: anews.az

Xəbər lenti

Sabah 41 dərəcə isti olacaq

Azərbaycan nefti ucuzlaşıb