İsrail hərbçiləri Qəzzada HƏMAS-ın üç komandirini öldürüb
İsrail hərbçiləri Qəzza zolağında HƏMAS hərəkatının kəşfiyyatının iki komandirini və bu təşkilatın "Nuhba" xüsusi dəstəsinin komandirini öldürüb.Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Qəzzada həyata keçirilən hava zərbələri nəticəsində oktyabrın 7-də hücumlarda iştirak edən "Nuhba" dəstəsinin rəhbəri Mühənnəd Əsəd Mahmud Əbu Qəzəl, HƏMAS-ın hava bölməsinin operativ kəşfiyyat rəhbəri Raid əl-Hani Məhəmməd, hərəkatın Qəzzadakı briqadasının hərbi kəşfiyyat şöbəsinin rəhbəri Nabhən Məhəmməd Nabhən Əl-Əmsi öldürülüb.
Mənbə: anews.az