Çində 340 mindən çox sakin tayfun təhlükəsinə görə təxliyə edilib
Çinin Quanqdun əyalətində yaxınlaşan “Hunşa” tayfunu ilə əlaqədar 340 mindən çox sakin təhlükəsiz ərazilərə təxliyə edilib. Tayfunun Şençjen və Hueylay şəhərləri arasındakı sahilə saniyədə 42-48 metr sürətlə əsən küləklərlə çatacağı gözlənilir.
Yerli meteoroloqların məlumatına görə, tayfun daha sonra şimala doğru hərəkət edərək tədricən zəifləyəcək.
Sinoptiklər yaxın 24 saat ərzində Quançjouda güclü leysan yağışlarının gözlənildiyini, bəzi ərazilərdə yağıntının 250 millimetrə çata biləcəyini bildiriblər.
Tayfun təhlükəsi ilə əlaqədar Çin hakimiyyəti ölkənin bir sıra bölgələrində narıncı təhlükə səviyyəsi elan edib.
Mənbə: anews.az