Mert Ramazan Demir necə kəşf edildi?
Məşhur menecer Tümay Özokur kəşf etdiyi və sonradan məşhurlaşan adlardan biri olan Mert Ramazan Demirlə tanışlıq hekayəsini danışıb.
BAKU.WS xəbər verir ki, o bu barədə qonaq olduğu verilişlərin birində bəhs edib.
"Mert Ramazan Demir hazırda hamının heyran olduğu aktyor deyilmi? İnstaqramda mənə müraciət etdi. CV-ni göndərdi. Məndən əvvəl müraciət etmədiyi agentlik demək olar ki, qalmamışdı... Çox pis, biabırçı şəkil də qoyub, sağ olsun... CV-ni oxudum, amma şəklinə baxmadım. Çox yerdən təqaüd alırdı... Dedim, bu uşaq bu yerlərdən təqaüd alırsa, istedadı var. Onu dəvət etdim və Mert Ramazan Demirlə səyahətimiz belə başladı", - deyə Özokur deyib.
Qeyd edək ki, Mert hazırda reytinqli "Yalı Çapkını" serialında baş rolu canlandırır.
BAKU.WSMənbə: baku.ws