Image

"Gaddar" izləyicilərinə pis xəbər

Baş rolunda Çağatay Ulusoyun yer aldığı "Gaddar" serialının final tarixi açıqlanıb.

BAKU.WS bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

İbrahim Çelikkolun qonaq aktyor qismində daxil olduğu, Çağatay Ulusoy, Sümeyye Aydoğan, Onur Saylak, Alper Çankaya və Erdal Özyağcıları baş rollarda bir araya gətirən serial iyunun 7-də ekranla vidalaşacaq.

Həmin axşam "Yalı Çapkını", "Kızılcık Şerbeti" və "Kara Ağaç Destanı" seriallarının mövsüm finalı olacaq.

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti