Image

Məşhur cütlüyün 13 illik evliliyi bitir - VİDEO

Türkiyənin “Hatayspor” klubunun keçmiş baş məşqçisi Volkan Demirelin 13 illik ailə həyatı bitir. BAKU.WS xəbər verir ki, bu barədə Volkanın həyat yoldaşı Zeynep Demirel bildirib. O boşanmaq üçün məhkəməyə müraciət edib. Zeynep Demirel sonuncu dəfə aparıcı Ceyda Düvecinin proqramında verdiyi açıqlaması ilə diqqət çəkmişdi. "Zəlzələyə qədər bir-birinə zidd xarakterli insanlar idik. Volkanın o dövrdə gələn təklifləri geri çevrib, Hatayla davam etməsi mənim ona yenidən aşiq olmağıma səbəb oldu". BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti