Image

İran: ABŞ ilə danışıqların bərpasını istəməmişik

İran ABŞ ilə danışıqların bərpası üçün müraciət etmədiyini bildirib. Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Tehran hazırda Vaşinqtonla heç bir danışıqlar aparmır.

"ABŞ ilə hazırda heç bir danışıqlar aparmırıq. Hörmüz boğazı ilə bağlı zəruri tədbirlər barədə Omanla məsləhətləşmələr davam edir", - Bəqayi bildirib.

Nazirlik rəsmisi həmçinin qeyd edib ki, baş verənləri "müharibənin idarə olunması" kimi təqdim etmək düzgün deyil. O, təkrarlanan müharibə cinayətlərinin və bununla bağlı səsləndirilən bəyanatların yaranmış vəziyyətin doğurduğu nəticələrdən yayınmaq cəhdi olduğunu iddia edib. Bəqayinin sözlərinə görə, bunun bədəlini tərəflər qaçılmaz olaraq ödəyəcək.

Mənbə: anews.az

Xəbər lenti