Image

Monteneqro noyabrın 1-dən bir sıra ölkələrin vətəndaşları üçün viza tətbiq edəcək

Monteneqro noyabrın 1-dən Rusiya, Belarus, Çin, Səudiyyə Ərəbistanı və Türkiyə vətəndaşları üçün viza rejimi tətbiq edəcək. Bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin bildirdiyinə görə, hökumət iyulun 23-də viza rejimi ilə bağlı qərara dəyişiklik edib. Dəyişikliyə əsasən, adıçəkilən ölkələrin vətəndaşları noyabrın 1-dən etibarən Monteneqroya səfər etmək üçün viza almalı olacaqlar.

XİN qeyd edib ki, qərar Monteneqronun viza siyasətinin Avropa İttifaqının tələbləri ilə tam uyğunlaşdırılması məqsədilə qəbul olunub.

Mənbə: anews.az

Xəbər lenti