Paşinyan və Putin Ermənistan-Rusiya iqtisadi əlaqələrini müzakirə edib
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığında iki ölkə arasında iqtisadi münasibətlərdə yaranan problemləri müzakirə edib.
Ermənistan hökumətinin məlumatına görə, Paşinyan erməni mənşəli məhsulların Rusiya bazarına ixracına tətbiq olunan məhdudiyyətlərin Ermənistan-Rusiya arasında mövcud hüquqi baza və Avrasiya İqtisadi İttifaqının qaydalarına zidd olduğunu bildirib.
Baş nazir qeyd olunan problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.
Mənbə: anews.az