Image

Zelenski Britaniyanın yeni baş naziri ilə görüşüb

Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyaya səfəri çərçivəsində Kral Hərbi Dəniz Qüvvələrinə məxsus HMS Queen Elizabeth təyyarədaşıyan gəmisində ölkənin yeni Baş naziri Endi Bernem ilə görüşüb. Bu, Bernemin vəzifəyə başlamasından sonra xarici liderlə keçirdiyi ilk rəsmi görüş olub. 

Zelenski "Telegram" hesabında paylaşdığı açıqlamada Ukrayna nümayəndə heyətinin Bernemin Baş nazir kimi qəbul etdiyi ilk xarici nümayəndə heyəti olmasını yüksək qiymətləndirdiyini bildirib. 

Tərəflər görüşdə birgə müdafiə istehsalının genişləndirilməsi məsələlərini müzakirə ediblər. Zelenski Britaniyanın Ukraynaya pilotsuz uçuş aparatlarının müdafiəsi üçün radioelektron mübarizə texnologiyası təqdim etmək qərarına görə təşəkkür edib və Bernemi Ukraynaya səfərə dəvət edib. 

Səfər ərəfəsində Bernem Rusiyaya qarşı Ukraynaya dəstəyin dəyişməz qalacağını bəyan edərək, Böyük Britaniyanın ədalətli sülh əldə olunana qədər Kiyevi dəstəkləməyə davam edəcəyini bildirmişdi. 

Endi Bernem iyulun 20-də Böyük Britaniyanın Baş naziri vəzifəsinə başlayıb. 

Mənbə: anews.az

Xəbər lenti