Image

Rəisinin qəzaya uğrayan helikopterinin axtarışı zamanı 3 əməkdaş yoxa çıxıb - VİDEO

Xəbər verildiyi kimi İran prezidenti İbrahim Rəisinin olduğu helikopter dünən axşam saatlarında Şərqi Azərbaycanda qəzaya uğrayıb.

BAKU.WS İran mətbuatına istinadən xəbər verir ki, saatlarla davam edən axtarış-xilasetmə işlərindən sonra qruplar dağıntılar altına çatarkən, aralarında prezident Rəisi və xarici işlər naziri Abdullahiyan da daxil olmaqla 9 nəfərin həyatını itirdiyi müəyyən edilib. Bununla bağlı İranda 5 günlük milli matəm elan edilib.

Helikopterin düşdüyü ərazidə yağışlı, dumanlı və soyuq hava şəraiti səbəbindən axtarışlar çətinliklə aparılıb. Axtarışlar zamanı İran Qızıl Aypara Cəmiyyətinin 3 əməkdaşı yoxa çıxıb.

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti