Qızıl və gümüş ucuzlaşıb
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,85% azalaraq 4101.2 ABŞ dollarına bərabər olub.
COMEX-də gümüşün bir unsiyasının qiyməti də 2,3% azalaraq 57.36 dollar təşkil edib.
Analitiklər qiymətli metallar bazarındakı yüksəlişi qlobal iqtisadi qeyri-müəyyənlik, geosiyasi risklərin güclənməsi və investorların təhlükəsiz aktivlərə marağının artması ilə izah edirlər.
Aytac
Mənbə: anews.az