Putin və Əliyev Rusiya-Azərbaycan münasibətlərini müzakirə ediblər
Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev telefon danışığı zamanı ikitərəfli münasibətlərin hazırkı vəziyyətini və beynəlxalq gündəmdəki məsələləri müzakirə ediblər.
Kremlin mətbuat xidmətinin yaydığı məlumata görə, dövlət başçıları Rusiya-Azərbaycan münasibətlərinin konstruktiv xarakter daşıdığını, hökumətlər və aidiyyəti qurumlar arasında dialoqun intensiv şəkildə davam etdiyini qeyd ediblər.
"İkitərəfli və beynəlxalq gündəmdəki cari məsələləri müzakirə edən liderlər Rusiya-Azərbaycan münasibətlərinin konstruktiv xarakter daşıdığını və hökumətləri ilə müvafiq qurumlar arasında dialoqun intensivləşdiyini qeyd ediblər", - Kremlin bəyanatında bildirilir.
Məlumata görə, prezidentlər iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın gələcəkdə də genişləndirilməsinə sadiq olduqlarını təsdiqləyiblər.
Mənbə: anews.az