Prezident üç səfiri geri çağırıb - sərəncam
Prezident İlham Əliyev Azərbaycanın bir sıra ölkələrdəki fövqəladə və səlahiyyətli səfirlərinin geri çağırılması və yeni təyinatlarla bağlı sərəncamlar imzalayıb.
Sərəncamlara əsasən, Əlimirzamin Əskərov Azərbaycanın Tacikistandakı, Ağalar Atamoğlanov isə Azərbaycanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Digər sərəncamla Elçin Hüseynli Azərbaycanın Hindistanda, eyni zamanda Banqladeşdə, Butan Krallığında, Maldiv Respublikasında, Nepalda və Şri-Lanka Demokratik Sosialist Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Prezidentin imzaladığı daha bir sərəncama əsasən, Elçin Hüseynli Azərbaycanın İtaliyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Əlimirzamin Əskərov və Ağalar Atamoğlanov 2021-ci il iyulun 16-da müvafiq olaraq Tacikistan və Qazaxıstandakı səfir vəzifələrinə təyin edilmişdilər. Elçin Hüseynli isə 2023-cü ildə Azərbaycanın Hindistandakı səfiri təyin olunmuş, eyni zamanda Banqladeş, Butan, Maldiv, Nepal və Şri-Lankada da akkreditə edilmişdi.
Mənbə: anews.az