Image

Ağ Evdə Trampla Netanyahu arasında görüş keçirilib

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə qapalı görüş keçirib.

Görüş təxminən 1,5 saat davam edib. ABŞ nümayəndə heyətində vitse-prezident Cey Di Vens, dövlət katibi Marko Rubio, müdafiə naziri Pit Heqset və Prezidentin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff iştirak ediblər. 

Ağ Evin mətbuat katibi Kerolayn Livit görüşün "müsbət və məhsuldar" keçdiyini bildirib. 

TASS agentliyinin danışıqların gedişi ilə tanış olan yüksəkvəzifəli mənbəyə istinadən yaydığı məlumata görə, tərəflər görüşü müsbət atmosferdə keçirib və liderlər İranın nüvə silahına malik olmamasının onların ortaq məqsədi olduğunu bir daha təsdiqləyiblər.

Mənbə: anews.az

Xəbər lenti