Image

ABŞ İranın blokadasının bərpasından sonra 18 gəminin istiqamətini dəyişdirib

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İran limanlarının dəniz blokadasının bərpasından sonra 18 kommersiya gəmisinin marşrutunun dəyişdirildiyini açıqlayıb.

CENTCOM-un "X" sosial şəbəkəsində yaydığı məlumata görə, iyulun 28-nə olan vəziyyətə əsasən, blokadanın icrasını təmin etmək məqsədilə 18 kommersiya gəmisi başqa istiqamətə yönləndirilib, iki gəmi sıradan çıxarılıb, daha iki gəmidə isə yoxlama aparılıb.

Komandanlıq əlavə edib ki, Yaxın Şərqdə hərbi əməliyyatların dəstəklənməsi üçün ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus 20-dən çox hərbi gəmi bölgədə fəaliyyət göstərir.

ABŞ iyulun 14-də İran limanlarına tətbiq etdiyi dəniz blokadasını bərpa edib. 

Mənbə: anews.az

Xəbər lenti