Benzema "Əl-İttihad"dan gedir
Mövsümün əvvəlində "Əl-İttihad"la 200 milyon avroya müqavilə imzalayan Kərim Benzema Səudiyyə Ərəbistanı klubundan ayrılmaq qərarına gəlib.
BAKU.WS bu barədə xarici mediaya istinadən xəbər verir.
İspaniyaya səfərləri zamanı ətrafdakılara yeni macəraya başlamaq istədiyini söyləyib. Ulduz futbolçu ona gələn təklifləri dəyərləndirəcək.
Bu mövsüm 29 matça çıxan Kərim Benzema 13 qol vuraraq 8 məhsuldar ötürmə komandasına töhfə verib.
BAKU.WSMənbə: baku.ws