Ötən ay Azərbaycanda nağdsız ödənişlərin həcmi artıb
2026-cı ilin iyununda Azərbaycanda kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 9 milyard 902 milyon manat təşkil edib. Bu barədə Azərbaycan Mərkəzi Bankın məlumat yayıb.
Qalan məbləğin 1 milyard 325 milyon manatı POS-terminallar, 2.5 milyon manatı isə özünə xidmət terminalları və bankomatların vasitəsilə gerçəkləşdirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 69.8-ni təşkil edib.
Banklar və “Azərpoçt” MMC ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, ötən ilin iyulun 1-i tarixi ilə müqayisədə bankomatların sayı 4.4%, POS-terminalların sayı 16.9% artıb.
İlin əvvəlindən ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 14.5% artıb.
Aytac
Mənbə: anews.az