Image

Tahir Tağızadə Azərbaycanın Serbiyaya səfiri təyin edilib

Tahir Tofiq oğlu Tağızadə Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Müvafiq sərəncamı Prezident İlham Əliyev imzalayıb.

Prezidentin digər sərəncamına əsasən, Tahir Tağızadə Azərbaycanın Serbiyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunub.

Tahir Tağızadə 2021-ci il iyulun 23-dən Azərbaycanın Macarıstandakı səfiri vəzifəsində çalışırdı. 

Mənbə: anews.az

Xəbər lenti