Kamil Xasiyev Serbiyadakı səfir vəzifəsindən geri çağırılıb, Avstriyaya təyin edilib
Kamil Xasiyev Azərbaycanın Serbiyada, həmçinin Monteneqro və Şimali Makedoniyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Müvafiq sərəncamı Prezident İlham Əliyev imzalayıb.
Prezidentin digər sərəncamı ilə Kamil Xasiyev Azərbaycanın Avstriyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Kamil Xasiyev 2021-ci il iyulun 23-də Azərbaycanın Serbiyada fövqəladə və səlahiyyətli səfiri təyin edilmiş, sonradan akkreditasiyası Monteneqro və Şimali Makedoniyanı da əhatə etmişdi.
Mənbə: anews.az