Image

Ukraynada "F-16" qırıcısı qəzaya uğrayıb

Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus döyüş tapşırığını yerinə yetirən F-16 qırıcı təyyarəsi ilə əlaqə kəsilib.

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, uçuş zamanı təyyarənin göyərtəsində fövqəladə vəziyyət yaranıb və pilot katapult etmək məcburiyyətində qalıb. 

Pilot axtarış-xilasetmə qrupları tərəfindən təxliyə olunaraq tibbi müayinə üçün tibb müəssisəsinə çatdırılıb. Məlumata görə, onun həyatı təhlükədə deyil. 

Təyyarənin qəzaya uğradığı ərazidə mütəxəssislər və hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparırlar. Hadisə nəticəsində mülki əhali arasında tələfat və ya dağıntının qeydə alınmadığı bildirilib.

Hadisənin səbəbləri araşdırılır.

Mənbə: anews.az

Xəbər lenti