Türkiyədə CHP üzvü olan aktyor saxlanılıb
Türkiyənin paytaxtı Ankara şəhərinin Etimesqut bələdiyyəsində səhər saatlarında əməliyyat keçirilib.
Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvü olan aktyor və həmin bələdiyyənin sədri Erdal Beşikcioğlu saxlanılıb.
Əməliyyatın korrupsiya istintaqı çərçivəsində keçirildiyi bildirilib. "Etimesgut Bələdiyyəsinin sədri Erdal Beşikcioğlunun da aralarında olduğu çox sayda şəxs saxlanılıb", - məlumatda bildirilib.
Mənbə: anews.az