Yaponiyada baş verən zəlzələdə ölənlərin sayı 34-ə çatıb
Yaponiyanın Kyuşu adasındakı Kumamoto prefekturasında baş verən zəlzələ nəticəsində həlak olanların sayı 34 nəfərə çatıb.
Bu barədə Kumamoto prefekturasının hakimiyyət orqanları məlumat yayıb.
Rəsmilər axtarış-xilasetmə əməliyyatlarının davam etdiyini, dağıntılar altında qalanların axtarıldığını bildiriblər. Ölənlərin sayının artacağı istisna edilmir.
Mənbə: anews.az