Image

Paşinyan: bazar günü hökumət istefa verəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin bazar günü istefa verəcəyini açıqlayıb. Paşinyan bu barədə iyulun 30-da hökumətin iclasında danışıb.

Onun sözlərinə görə, hazırkı Nazirlər Kabineti doqquzuncu çağırış parlamentin formalaşması ilə əlaqədar səlahiyyətlərini başa vurur.

"Bu gün hökumətin hazırkı tərkibdə keçirdiyi son iclasdır. Bazar günü istefa verəcəyik", - Paşinyan nazirlər kabinetinin üzvlərinə müraciət edərək onların fəaliyyətinə görə təşəkkür edib.

Baş nazir bildirib ki, hökumətin istefasından sonra Ermənistan Prezidenti parlament çoxluğu tərəfindən irəli sürüləcək namizədi baş nazir təyin edəcək.

 Ermənistan Konstitusiyasına əsasən, yeni çağırış parlament formalaşdıqdan sonra hökumət istefa verir.

Bundan sonra parlament çoxluğunun irəli sürdüyü namizəd prezident tərəfindən baş nazir təyin edilir və yeni hökumətin formalaşdırılması prosesi başlayır. Bu prosedur ölkədə hakimiyyətin konstitusion qaydada yenilənməsi mexanizminin tərkib hissəsidir.

Gülnar Nazimqızı 

Mənbə: anews.az

Xəbər lenti