Image

Mərkəzi Asiya və Azərbaycan liderləri Çolpon-Atada görüşəcəklər

Mərkəzi Asiyanın beş ölkəsinin və Azərbaycanın prezidentləri iyulun 30-dan avqustun 1-dək Qırğızıstanın Çolpon-Ata şəhərində qeyri-rəsmi görüş keçirəcəklər, Qırğızıstan Prezidentinin mətbuat xidməti bildirib.

Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emoməli Rəhmon, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iştirak edəcəklər.

Liderlər ticarət, energetika, turizm, nəqliyyat dəhlizləri, humanitar əməkdaşlıq və regional təhlükəsizlik məsələlərini müzakirə edəcəklər.

Mənbə: anews.az

Xəbər lenti