Image

Ermənistan hökumətinin ehtiyat fondu Aİ qrantı hesabına artırılıb

Ermənistan hökuməti ehtiyat fondunun həcmini 18,1 milyard dram (təxminən 43,9 milyon avro) artırıb. Müvafiq qərar iyulun 30-da keçirilən Nazirlər Kabinetinin iclasında qəbul edilib.

Hökumətin açıqlamasına görə, vəsait Avropa İttifaqının ayırdığı əlavə qrant hesabına ehtiyat fonduna yönəldilib.

Bildirilib ki, qrant vəsaitləri təhsil sahəsinin dəstəklənməsi, dövlət institutlarının və ölkənin dayanıqlılığının gücləndirilməsi, həmçinin dövlət büdcəsinə dəstək məqsədilə istifadə olunacaq.

Qərarda ayrılan vəsaitlərin konkret layihələr üzrə bölgüsü barədə əlavə məlumat verilməyib.

Avropa İttifaqı son illərdə Ermənistanda islahatların həyata keçirilməsi, dövlət idarəçiliyinin təkmilləşdirilməsi, iqtisadi dayanıqlığın artırılması və təhsil sektorunun inkişafı üçün müxtəlif qrant və maliyyə proqramları həyata keçirir. 

Aytac

Mənbə: anews.az

Xəbər lenti