İran Bəhreyndəki ABŞ hərbi obyektlərinə zərbə endirib
İran ordusu Bəhreyndə yerləşən ABŞ hərbi obyektlərinə kamikadze dronlarla zərbələr endirdiyini açıqlayıb. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, zərbələr Şeyx İsa aviabazasında yerləşən ABŞ hərbi obyektlərinin elektrik generatorlarını, naviqasiya sistemlərini, həmçinin inzibati və təminat infrastrukturunu hədəf alıb.
Mənbə: anews.az