Axios: Netanyahu və ABŞ-ın vitse-prezidenti fikir ayrılıqlarını qapalı görüşdə müzakirə edib
İsrailin Baş naziri Benyamin Netanyahu ilə ABŞ-ın vitse-prezidenti J.D. Vance Vaşinqtonda keçirilən qapalı görüşdə ikitərəfli fikir ayrılıqlarını açıq şəkildə müzakirə ediblər.
Axios-un İsrail və ABŞ rəsmilərinə istinadən yaydığı məlumata görə, tərəflər arasında söhbət "birbaşa və səmimi" atmosferdə keçib. Məlumata əsasən, Vance İran məsələsi və ABŞ administrasiyasına münasibət fonunda Netanyahuya qarşı ən tənqidi mövqe nümayiş etdirən şəxslərdən biri hesab olunur.
Nəşrin yazdığına görə, vitse-prezident Netanyahuya İranla bağlı memorandum ətrafındakı mövqeyinə və ABŞ Prezidenti Donald Trampa kifayət qədər sadiq davranmadığına görə iradlarını bildirib.
Mənbələrin sözlərinə görə, İsrail tərəfi Vance-in tənqidindən narazı qalıb. ABŞ rəsmiləri isə Netanyahunun ABŞ və İsraildəki müttəfiqləri vasitəsilə vitse-prezidentə qarşı siyasi kampaniya aparmağa çalışmasından narahat olduqlarını bildiriblər.
Buna baxmayaraq, Ağ Evin açıqlamasına görə, Blair House-da keçirilən görüş "isti və məhsuldar" atmosferdə baş tutub və tərəflər qarşılıqlı maraq doğuran məsələlər üzrə əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər.
Gülnar Nazimqızı
Mənbə: anews.az