"Mərkəzi Asiya–Azərbaycan" formatında ilk sammit oktyabrın 8-də Türkmənistanda keçiriləcək
"Mərkəzi Asiya–Azərbaycan" formatında ilk sammit oktyabrın 8-də Türkmənistanda keçiriləcək. Bu barədə Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan və Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının qeyri-rəsmi görüşündə bildirib.
Onun sözlərinə görə, sammitin gündəliyinin layihəsi artıq hazırlanaraq formatda iştirak edən bütün dövlətlərə təqdim edilib.
Berdiməhəmmədov bildirib ki, gündəlik beş əsas istiqaməti əhatə edir. Bunlara regional və beynəlxalq təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi, Mərkəzi Asiya ölkələri ilə Azərbaycanın siyasi-diplomatik əməkdaşlığının gücləndirilməsi, energetika və dayanıqlı nəqliyyat-logistika dəhlizlərinin inkişafı, ətraf mühitin mühafizəsi, iqlim dəyişikliyinə uyğunlaşma, su ehtiyatlarından səmərəli istifadə və Aral dənizinin bərpası üzrə birgə fəaliyyət, eləcə də mədəni, təhsil və elmi əlaqələrin, tələbə və gənclər mübadiləsinin genişləndirilməsi daxildir.
Mənbə: anews.az