Image

TuranBankEnerjiEffektivliyiFonduvasitəsiləgüzəştlikreditlərinverilməsinəbaşladı

Ölkənin aparıcı maliyyə təşkilatlarından biri olanTuranBank dayanıqlı inkişaf və yaşıl iqtisadiyyatınmaliyyələşdirilməsi istiqamətində növbəti məhsulunu təqdimedib. Bank, cari ilin aprel ayında Enerji MəsələləriniTənzimləmə Agentliyi (EMTA) ilə imzaladığı stratejiəməkdaşlıq müqaviləsinə əsasən, Enerji Effektivliyi Fondununvəsaiti hesabına güzəştli kreditlərin müştərilərə təqdimedilməsinə başlayıb. 

Aprel ayında uğurla tamamlanan hüquqi və institusionalhazırlıq prosesindən sonra, bank artıq bu maliyyə mexanizminitam funksional şəkildə fərdi və korporativ müştərilərininixtiyarına verir. Sözügedən kreditlər ölkədə enerji resurslarındansəmərəli istifadə edilməsini təşviq etmək, müasir enerjiyə qənaətedən texnologiyaların tətbiqini genişləndirmək və ekolojicəhətdən təmiz yaşıl layihələri birbaşa dəstəkləmək məqsədidaşıyır.

Bu addımla TuranBank öz müştərilərinə həm biznesfəaliyyətlərində, həm də fərdi təsərrüfatlarında enerji xərcləriniminimuma endirmək və resurs effektivliyini artırmaq üçünəlverişli maliyyələşmə imkanı yaradır. Güzəştli kredit şərtlərifərdi sahibkarların, kiçik və orta biznes subyektlərinin (KOB), eləcə də enerjiyə qənaət texnologiyalarından yararlanmaqistəyən fiziki şəxslərin real tələblərinə uyğun olaraqoptimallaşdırılmışdır.

Aprel ayında təməli qoyulmuş bu tərəfdaşlıq ölkəiqtisadiyyatının dayanıqlı prinsiplərlə inkişafına, ekoloji mühitinqorunmasına və həmçinin milli enerji effektivliyi strategiyasınınuğurla icra olunmasına birbaşa xidmət edir. Bu layihəninmüştərilərə təqdim edilməsi bankın ekoloji və sosial məsuliyyətmissiyasının, eləcə də yaşıl bankçılıq fəaliyyətinin real nəticəsidir.

Qeyd edək ki, Enerji effektivliyi fondu AzərbaycanRespublikasının Prezidenti İlham Əliyevin 1 mart 2024-cü iltarixli Fərmanı ilə yaradılıb. Fondun vəsaitlərinin idarəolunmasını Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) həyata keçirir. EMTA Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2017-ci il tarixli Fərmanı ilə Energetika Nazirliyinintabeliyində publik hüquqi şəxs statusu ilə yaradılıb.

1992-ci ildən etibarən fəaliyyət göstərən TuranBank 22 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. Bankın təqdim etdiyi yeni xidmətlə bağlı ətraflı məlumatı rəsmiveb səhifəsini və ya sosial şəbəkələrdəki (Feysbuk, İnstaqram vəs.) səhifələrini izləyərək əldə edə bilərsiniz.

Mənbə: anews.az

Xəbər lenti