Image

Azərbaycan XİN zəlzələ ilə bağlı Yaponiyaya başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Yaponiyanın Kumamoto prefekturasında baş vermiş dağıdıcı zəlzələ ilə əlaqədar bu ölkəyə başsağlığı verib.

XİN-in "X" sosial şəbəkəsində paylaşdığı bəyanatda Yaponiya hökumətinə və xalqına, xüsusilə yaxınlarını itirən ailələrə dərin hüznlə başsağlığı verildiyi, yaralananlara şəfa, zərər çəkmiş icmalara isə fəlakətin nəticələrinin qısa müddətdə aradan qaldırılması arzulanıb.

Bundan əvvəl Yaponiyanın Baş naziri Sanae Takaiçi Kumamoto prefekturasında baş vermiş 7,1 maqnitudalı zəlzələ ilə bağlı başsağlığı verən və yardım təklif edən ölkələrə təşəkkür edib. Onun təşəkkür etdiyi ölkələr arasında Azərbaycan da yer alıb.

İyulun 28-də Yaponiyanın cənubunda, Kyuşu adasındakı Kumamoto prefekturasında baş verən 7,1 maqnitudalı zəlzələ nəticəsində dağıntılar yaranıb, elektrik enerjisinin verilişində fasilələr qeydə alınıb. Hakimiyyət orqanları əvvəlcə sunami xəbərdarlığı elan etsə də, sonradan bu xəbərdarlıq ləğv olunub. Son məlumata görə, təbii fəlakət nəticəsində 34 nəfər həlak olub. 

Mənbə: anews.az

Xəbər lenti