İlham Əliyev İsveçrə prezidentini milli bayram münasibətilə təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidenti Qi Parmölənə ölkəsinin milli bayramı münasibətilə təbrik məktubu göndərib.
Təbrik məktubunda dövlət başçısı İsveçrə xalqını Milli Bayram münasibətilə təbrik edərək, Azərbaycan ilə İsveçrə arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına önəm verdiyini bildirib.
"Biz Azərbaycan ilə İsveçrə arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinə böyük əhəmiyyət veririk. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq dövlətlərarası əlaqələrimizin və əməkdaşlığımızın möhkəmləndirilməsi naminə bundan sonra da birgə səylər göstərəcəyik", – məktubda qeyd olunub.
Prezident İlham Əliyev İsveçrə Prezidentinə möhkəm cansağlığı, fəaliyyətində uğurlar, İsveçrə xalqına isə rifah və firavanlıq arzulayıb.
Mənbə: anews.az