Image

"Azeri Light" neftinin qiyməti 100 dolları ötüb

Dünya bazarında Azərbaycanın "Azeri Light" markalı xam neftinin qiyməti artıb.

Bir barel "Azeri Light" neftinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 3,29 ABŞ dolları və ya 3,33% bahalaşaraq 101,87 ABŞ dollarına yüksəlib.

"Azeri Light" Azərbaycanın əsas ixrac neft markasıdır və yüksək keyfiyyətinə görə beynəlxalq bazarda adətən etalon neft növlərinə nisbətən premium qiymətlə satılır. Bu markanın tarixi minimum qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimum qiyməti isə 2008-ci ilin iyul ayında 149,66 ABŞ dolları olub.

Mənbə: anews.az

Xəbər lenti