Ötən il çap edilən manatın məbləği AÇIQLANDI
Azərbaycan Mərkəzi Bankı 2023-cü il ərzində çap şirkətlərindən 550 milyon 960 min manat məbləğində yeni kağız və metal pul nişanları təhvil alıb.
Gundem.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2022-ci ildə bu məbləğ 2,447 milyard manata yaxın olub. Qeyd edək ki, 2023-cü ilin sonunda dövriyyədə olan kağız və metal pulların həcmi 17,32 milyard manata yaxın idi.
2022-ci illə müqayisədə dövriyyədə olan kağız və metal pulların həcmində 2,61 milyard manat artım baş verib.
Mənbə: gundem.az