Image

Ermənistan parlamentinin yeni spikeri Ruben olacaq

Ermənistan parlamentinin IX çağırışının ilk iclasında hakim "Vətəndaş Müqaviləsi" fraksiyasının deputatı Ruben Rubinyan parlament sədri vəzifəsinə yeganə namizəd kimi irəli sürülüb. Bu barədə ölkənin mətbuatı yazıb. 

Rubinyanın namizədliyini fraksiya rəhbəri Arusyak Manavazyan təqdim edib.

Manavazyan çıxışı zamanı Rubinyanı prinsipial, dürüst və dövlət maraqlarını yüksək səviyyədə təmsil etmək təcrübəsinə malik siyasətçi kimi xarakterizə edib. Onun sözlərinə görə, Rubinyan həm siyasi, həm də diplomatik fəaliyyəti dövründə şəffaf mövqeyi ilə seçilib.

Fraksiya rəhbəri bildirib ki, Rubinyanın təşkilatçılıq bacarığı, balanslı yanaşması və siyasi təcrübəsi ona Milli Məclisin fəaliyyətini səmərəli idarə etməyə və qanunverici orqanın nüfuzunu qorumağa imkan verəcək.

Ermənistanda növbədənkənar parlament seçkilərindən sonra formalaşan IX çağırış Milli Məclisin ilk iclası avqustun 2-də keçirilir. İclas çərçivəsində parlament rəhbərliyi seçilir, eyni zamanda Konstitusiyaya uyğun olaraq hökumət istefa verir və yeni hökumətin formalaşdırılması prosesi başlayır. Hakim "Vətəndaş Müqaviləsi" Partiyası parlamentdə çoxluğa malikdir.

Mənbə: anews.az

Xəbər lenti