Paşinyan yenidən Ermənistanın baş naziri olub
Nikol Paşinyan Ermənistanın Baş naziri təyin edilib.
Ermənistan Prezidentinin imzaladığı fərmana əsasən, Paşinyan Konstitusiyanın 149-cu maddəsinin 1-ci hissəsinə uyğun olaraq hökumət başçısı vəzifəsinə təyin olunub.
Bundan əvvəl parlament çoxluğunu təşkil edən "Vətəndaş Müqaviləsi" Partiyası Paşinyanın baş nazir postuna namizədliyini irəli sürərək müvafiq sənədləri Respublika Prezidentinə təqdim etmişdi.
Mənbə: anews.az