Image

U-23 Avropa çempionatı: Azərbaycan güləşçisi gümüş medal qazanıb

Azərbaycanın yunan-Roma güləşçisi Nihad Quluzadə (72 kq) Bakıda keçirilən U-23 Avropa çempionatının gümüş medalını qazanıb.

"Report" xəbər verir ki, idmançımız finalda türkiyəli Mert İlbars ilə üz-üzə gəlib və rəqibinə məğlub olub.

Qeyd edək ki, əvvəlki iki günün nəticələrinə əsasən, Azərbaycan millisinin hesabında 4 mükafat var. Ziya Babaşov (63 kq) və Xasay Həsənli (77 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıbsa, Rəşad Məmmədov (55 kq) və Laçın Vəliyev (87 kq) bürünc medal qazanıb.

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti