Image

Türkiyədə son dörd gündə baş verən 314 yanğının hamısı nəzarətə götürülüb

Türkiyədə iyulun 29-dan bəri qeydə alınan 314 yanğın hadisəsinin hamısı nəzarət altına alınıb.

Bu barədə Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı bildirib.

Nazirin sözlərinə görə, baş verən yanğınlardan 192-si meşədənkənar ərazilərdə qeydə alınıb. O qeyd edib ki, hava və quru qüvvələrinin, eləcə də meşə yanğınları ilə mübarizə aparan əməkdaşların fasiləsiz fəaliyyəti nəticəsində bütün yanğınlar söndürülərək nəzarətə götürülüb.

İbrahim Yumaklı bildirib ki, bölgələrdə güclü küləyin əsməsi alovla mübarizəni çətinləşdirsə də, aidiyyəti qurumlar yüksək hazırlıq vəziyyətində fəaliyyətini davam etdirir.

Nazir yanğın təhlükəsinin hələ də davam etdiyini vurğulayaraq vətəndaşları ehtiyatlı olmağa və yanğın riskini artıracaq davranışlardan çəkinməyə çağırıb.

Mənbə: anews.az

Xəbər lenti