Image

Rusiyada qızıldan bahalı mineral aşkar edilib

Rusiyada elmə indiyədək məlum olmayan yeni mineral aşkar edilib. Rusiya Elm və Ali Təhsil Nazirliyi mineralın yüksək elmi əhəmiyyət daşıdığını və dəyərinin qızıldan yüksək qiymətləndirildiyini bildirib.

Nazirliyə istinadən yayılan məlumata görə, "Kola aşkroftini" adlandırılan mineral Xibin dağ massivində yerləşən Kirov mədənində aşkarlanıb. Onun tərkibində nadir torpaq elementi olan itrium mövcuddur.

Nazirlik bildirib ki, yeni mineral Yer qabığının kimyəvi tərkibinin öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

"Məhz bu səbəbdən tapıntı sadəcə cəlbedici bir daş deyil, Yer qabığının əsl kimyəvi arxividir. Bir kristalın daxilində itrium, silisium, kalium və natrium kimi elementlər cəmləşib", – açıqlamada deyilir.

Məlumata görə, mineralın səth örtüyü nəzərə alınmaqla orta dəyəri hər millimetr üçün 145 ABŞ dolları təşkil edir ki, bu da qızılın müqayisə edilən göstəricisindən yüksək hesab olunur.

Mütəxəssislərin sözlərinə görə, aşkar edilən kristalın quruluşu indiyədək elmə məlum olan ən mürəkkəb mineral strukturlarından biridir.

Mənbə: anews.az

Xəbər lenti