OPEC+ sentyabrda neft hasilatını gündəlik 188 min barel artıracaq
Neft hasilatını könüllü şəkildə məhdudlaşdıran OPEC+ ölkələrinin yeddi aparıcı üzvü 2026-cı ilin sentyabr ayında gündəlik neft hasilatını avqust ayı ilə müqayisədə 188 min barel artırmaq barədə qərar qəbul edib.
Bu barədə OPEC+ tərəfindən yayılan məlumatda bildirilib.
Qərara əsasən, sentyabr ayında Rusiyanın gündəlik hasilat kvotası 62 min barel artırılaraq 9,949 milyon barelə, Səudiyyə Ərəbistanının kvotası da 62 min barel artırılaraq 10,478 milyon barelə çatdırılacaq.
İraqın hasilat kvotası gündəlik 26 min barel artırılaraq 4,431 milyon barel, Küveytin kvotası 16 min barel artırılaraq 2,676 milyon barel, Qazaxıstanın kvotası 10 min barel artırılaraq 1,628 milyon barel, Əlcəzairin kvotası 6 min barel artırılaraq 1,007 milyon barel, Omanın kvotası isə 5 min barel artırılaraq 841 min barel olacaq.
OPEC+ bildirib ki, bazar şəraitinin qiymətləndirilməsi məqsədilə qrupun aylıq iclasları davam etdiriləcək. Növbəti görüş sentyabrın 6-na planlaşdırılıb.
Mənbə: anews.az