Image

Türkiyədə meşə yanğınları ilə bağlı 6 nəfər həbs edilib

Türkiyədə meşə yanğınlarını törətməkdə şübhəli bilinən 6 nəfər barəsində həbs qətimkan tədbiri seçilib. Bu barədə ölkənin ədliyyə naziri Akın Gürlek məlumat verib.

Nazirin sözlərinə görə, iyunun 1-dən etibarən Türkiyənin 16 vilayətində baş vermiş 44 meşə yanğını ilə bağlı aparılan istintaqlar çərçivəsində ümumilikdə 29 şübhəli müəyyən edilib.

Araşdırmaların nəticəsində həmin şəxslərdən 6-sı həbs olunub. Nazir istintaqın davam etdiyini və digər şübhəlilərlə bağlı hüquqi prosedurların davam etdirildiyini bildirib.

Mənbə: anews.az

Xəbər lenti