Dolların zəifləməsi fonunda qızıl və gümüş bahalaşıb
ABŞ Prezidenti Donald Trampın diplomatik razılaşmanın əldə olunacağına ümid edərək İrana qarşı yeni zərbələri təxirə salmasından sonra neftin ucuzlaşması və dolların zəifləməsi fonunda qızılın qiyməti bazar ertəsi yüksəlib.
Qızılın spot qiyməti 0,4% artaraq bir troya unsiyası üçün 4 055,76 dollar, ABŞ-də qızıl fyuçerslərinin qiyməti isə 0,9% yüksələrək 4 054 dollar təşkil edib.
Gümüşün qiyməti 0,9% artaraq bir unsiya üçün 58,13 dollara çatıb. Platin 0,5% bahalaşaraq 1 649,35 dollar, palladium isə 1,7% artaraq 1 294,92 dollar olub.
ABŞ hakimiyyətinin Yaponiya yenini dəstəkləmək məqsədilə valyuta bazarına müdaxiləsindən sonra dolların zəifləməsi də qiymətli metallara əlavə dəstək verib. Dolların ucuzlaşması digər valyutalardan istifadə edən alıcılar üçün qızılı daha əlçatan edir.
Yaxın Şərqdə davam edən gərginlik və ABŞ Federal Ehtiyat Sisteminin faiz siyasəti ilə bağlı qeyri-müəyyənlik qiymətlərin daha sürətli artımını məhdudlaşdırır. İnvestorlar bu həftə açıqlanacaq ABŞ əmək bazarı göstəricilərini də gözləyirlər.
N.Təbrizli
Mənbə: anews.az