Yelo Bank RFID layihəsi üzrə Texniki Tender elan edir
“Yelo Bank” ASC "RFID əsaslı İnventarların Çiplənməsi və İdarəetmə Sistemi Layihəsi"nin satın alınması üzrə Texniki Tender elan edir.
Tender şərtləri:
• Bu mərhələdə yalnız texniki təkliflər qəbul olunur (maliyyə/qiymət təklifi tələb edilmir).
• Sifarişçinin tələblərinə cavab verən texniki təkliflər seçiləcək və həmin iştirakçılar növbəti Maliyyə Tenderinə dəvət ediləcəkdir.
İştirakçılara olan əsas tələblər:
• Müvafiq sahədə iş təcrübəsi, texniki, maliyyə və kadr imkanlarının olması;
• Vergi və icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəliklərin olmaması;
• Fəaliyyət üçün müvafiq lisenziya və ya icazələrin olması;
• Müflis elan olunmaması və əmlakı üzərində məhdudiyyətin bulunmaması.
Texniki təkliflər 12 avqust 2026-cı il, saat 17:00-dək e-poçt vasitəsilə aşağıdakı kontaktlara təqdim edilməlidir:
Kimə: Turan Sadıqov ([email protected] | +994 55 206 13 49)
CC: Rəşad Şükürov ([email protected] | +994 55 670 00 27)
Tender haqqında daha ətraflı və dəvət məktubu üçün: //ylb.az/4hMoafP. Həmçinin yaranmış suallar ilə bağlı Turan Sadıqov ([email protected] | +994 55 206 13 49) Rəşad Şükürov ([email protected] | +994 55 670 00 27) əlaqə saxlaya bilərsiniz. Bank xidmətləri ilə, eləcə də depozit faizleri ilə bağlı əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin. Yelo Bank – Parlaq bankçılıq!
Mənbə: anews.az