Image

Tramp: İranla danışıqlar bu gün başlayacaq

ABŞ Prezidenti Donald Tramp İranla yeni danışıqların avqustun 3-də keçiriləcəyini açıqlayıb, lakin mümkün razılaşma üçün hər hansı son tarix müəyyən etməyib.

Nyu-Cersi ştatında həftəsonu keçirdikdən sonra Vaşinqtona qayıdan Tramp jurnalistlərə bildirib ki, danışıqlar bazar ertəsi günortadan sonra başlayacaq. O, görüşün keçiriləcəyi məkan və iştirakçıların tərkibi barədə məlumat verməyib.

ABŞ prezidenti bildirib ki, hərbi qarşıdurma əvəzinə diplomatik həllə üstünlük verir.

Tramp əlavə edib ki, ABŞ-ın planlaşdırdığı genişmiqyaslı hərbi əməliyyat həyata keçirilməyib.

Mənbə: anews.az

Xəbər lenti