Image

Rusiya daha dörd yük gəmisini vurub

Rusiya Müdafiə Nazirliyi ölkə Silahlı Qüvvələrinin Ukraynanın nəqliyyat infrastrukturuna qarşı zərbələri davam etdirdiyini və nəticədə dörd quru yük gəmisinin zədələndiyini açıqlayıb.

Nazirliyin yaydığı məlumata görə, pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücumlar zamanı Qara dənizdə hərbi təyinatlı yüklər daşıdığı iddia edilən üç quru yük gəmisi, Nikolayev limanında isə Ukrayna Silahlı Qüvvələri üçün təchizat apardığı bildirilən daha bir quru yük gəmisi vurulub.

Rusiya tərəfi bu gəmilərin Ukrayna ordusunun maraqları naminə istifadə edildiyini iddia edib. Ukrayna tərəfindən isə hələlik bu məlumatla bağlı rəsmi açıqlama verilməyib.

Aytac

Mənbə: anews.az

Xəbər lenti