SOCAR ITOCHU-nun AÇG layihəsindəki 3,65%-lik payını alıb
Azərbaycan Dövlət Neft Şirkəti — SOCAR Yaponiyanın ITOCHU şirkətinin “Azəri-Çıraq-Günəşli” neft yataqları layihəsindəki 3,65%-lik iştirak payını alıb, SOCAR bildirib.
İştirak payının alınmasına dair müvafiq əməliyyat sənədləri imzalanıb. Alqı-satqı qanunvericiliyin tələblərinə, SOCAR-ın daxili normativ qaydalarına və qüvvədə olan müqavilə öhdəliklərinə uyğun həyata keçirilib.
Əməliyyatdan əvvəl ITOCHU AÇG layihəsində 3,65% iştirak payına sahib idi.
Sövdələşmədən sonra SOCAR-ın layihədəki payı 31,65%-dən 35,3%-ə yüksəlib.
Əməliyyatın dəyəri açıqlanmayıb.
N.Təbrizli
Mənbə: anews.az