Çində daşqın təhlükəsi: Siçuan əyalətində 65 min nəfər təxliyə edilib
Çində güclü yağışlar və daşqın təhlükəsi səbəbindən Siçuan əyalətində təxminən 65 min nəfər təhlükəsiz ərazilərə təxliyə olunub.Rəsmi məlumatlara görə, avqustun 1-də əyalətin bir sıra şəhərlərində intensiv yağıntılar qeydə alınıb. Bəzi bölgələrdə sutka ərzində yağıntının həcmi 186 millimetrə çatıb. Davam edən leysanlar daşqın və torpaq sürüşməsi riskini artırdığı üçün yerli hakimiyyət orqanları fövqəladə tədbirlər həyata keçirib.
Məlumata əsasən, may ayından etibarən Siçuan əyalətində daşqınlar səbəbindən ümumilikdə 881 min nəfər təxliyə edilib.
Mənbə: anews.az