"Bayer"in fantastik seriyasına son qoyuldu, "Atalanta" kuboka sahib çıxdı - VİDEO
"Atalanta" "Bayer Leverkuzen"in 51 oyunluq məğlubedilməzlik seriyasını qıraraq UEFA Avropa Liqasında çempionluğunu elan edib.
BAKU.WS xəbər verir ki, İtaliya klubu Ademola Lukmanın 12, 26 və 75-ci dəqiqədə vurduğu qollarla "Bayer Leverkuzen"i 3:0 hesabı ilə məğlub edib.
Bununla da Xabi Alonso "Bayer"lə mövsümü üç kubokla başa vurmaq şansını itirib. Qarşıda Leverkuzen təmsilçisinin Almaniya kuboku uğrunda həlledici matç gözləyir.
BAKU.WSMənbə: baku.ws