Qızıl və gümüş bahalaşır: FRS-dən faiz qərarı gözləntisi
Qiymətli metallar yenidən artım dinamikasına qayıdıb. ABŞ dolları indeksinin zəifləməsi və institusional investorlar tərəfindən təhlükəsiz aktivlərə olan sabit tələb fonunda qızıl və gümüşün qiyməti son konsolidasiya mərhələsindən sonra inamla yüksəlir.
COMEX birjasının və "Trading Economics" platformasının analitik məlumatlarına əsasən, qızılın spot qiyməti 0,65% artaraq bir troya qızılı üçün 2,425.40 dollara çatıb, dekabr fyuçersləri isə 2,468.10 dollar səviyyəsində ticarət olunur. Gümüşün qiymətindəki artım tempi qızılı üstələyib; metal 1,25% bahalaşaraq bir troya üçün 28.73 dollara yüksəlib.
Mövcud artım dinamikası bir neçə əsas makroiqtisadi amilin üst-üstə düşməsi ilə şərtlənir. ABŞ əmək bazarındakı zəif göstəricilər Federal Ehtiyat Sisteminin (FRS) yaxınlaşan iclasda pul-kredit siyasətini yumşaltmağa başlayacağı gözləntilərini möhkəmləndirib, ABŞ-nin 10 illik xəzinə istiqrazlarının gəlirliliyinin düşməsi isə faiz gəliri gətirməyən metalların saxlanma xərclərini azaldıb. Eyni zamanda, Yaxın Şərqdə davam edən geoptik gərginlik və COMEX birjasında marja tələblərinin yenidən tənzimlənməsi müqavilələrə likvidliyi qaytararaq qiymətlərin sabitləşməsinə və növbəti artım üçün zəmin yaranmasına səbəb olub.
N.Təbrizli
Mənbə: anews.az